Sizin reklam burada
Sizin reklam burada
  • Qaxda şəhid xatirəsi yad edilib

    22 sentyabr 2026 cı il tarixdə Qax rayon Cəlayir kəndində şəhidimiz Mirzəzadə Mirzəlinin xatirəsi ehtiramla yad edilib.


    "Atributinfo.az" xəbər verir ki, Mirzəzadə Mirzəli Kamran oğlu 2002-ci il avqustun 28-də Qax rayonu Cəlayir kəndində anadan olub. İlk təhsilini Cəlayir kənd tam orta məktəbində alıb. Burda 9 – cu sinifi bitirdikdən sonra  Qax Peşə liseyində qaynaqçı peşəsinə yiyələnib.

    2020-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılıb . Xidməti dövrünü Bakıda N saylı hərbi hissədə keçib . 2022- ci ilin aprel ayında ehtiyata buraxılıb. Bir müddət sonra Kəlbəcər rayonunda  kiçik çavuş rütbəsi ilə xidmətə başayıb.

     2023-cü ilin sentyabrın 19-da Lokal   Antiterror  əməliyyatları zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə  şəhid olub. Ölümündən sonra   “3-cü dərəcəli Vətənə xidmətə görə” orden və “Vətən uğrunda” medalı ilə təltif edilib. Qax rayonunun Cəlayir kəndində dəfn olunub.Allah şəhidlərimizə rəhmət eləsin.


    Bəradər 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ