Sizin reklam burada
Sizin reklam burada
  • "Aybənizin sənət reportajı: Mikayılın efirində sənətə və sənətkara ehtiram"

    Bu gün yayımlanan “5 gün” verilişi rəngarəng musiqi proqramı, canlı ifalar və maraqlı sənət söhbətləri ilə diqqət çəkib. Verilişin aparıcısı Mikayılın təqdimatında baş tutan efirdə Azərbaycan musiqi və sənət dünyasının tanınmış nümayəndələri qonaq olublar.

    Proqramın qonaqları arasında Azərbaycan Respublikasının Əməkdar artisti, xanəndə Zakir Əliyev, xanəndə Arzu Qarabağlı və aşıq Avdı Musayev yer alıblar. Sənətçilər canlı yayım zamanı öz ifalarını təqdim etməklə yanaşı, tamaşaçılarla sənət və yaradıcılıq yolundan da söhbət ediblər.

    Verilişdə Azərbaycan milli musiqi alətlərindən olan sazın müşayiəti ilə canlı ifalar xüsusi maraq doğurub. Aşıq sənətinin özünəməxsus üslubu ilə xanəndə ifalarının bir araya gəlməsi efirə fərqli musiqi ab-havası bəxş edib.

    Xanəndə Arzu Qarabağlının ifası zamanı isə maraqlı və yaddaqalan məqamlardan biri yaşanıb. Aparıcı Mikayıl onun ifasına uyğun olaraq şeir səsləndirib. Canlı ifanın fonunda səslənən şeir verilişdə musiqi ilə poeziyanın vəhdətini yaradıb.

    Əməkdar artist Zakir Əliyevin iştirakı da proqramın diqqətçəkən məqamlarından olub. Peşəkar xanəndənin ifası canlı efirə muğam və Azərbaycan xanəndəlik məktəbinin nəfəsini gətirib.

    Aparıcı Mikayıl proqram boyunca qonaqlarla səmimi ünsiyyət quraraq onların ifalarına və sənət fəaliyyətinə münasibət bildirib. Canlı musiqi, sazın sədaları, xanəndə ifaları və şeir verilişin ümumi atmosferini daha da zənginləşdirib.

    Proqramın sonunda aparıcı Mikayıl verilişdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirib. O, Zakir Əliyevə, Arzu Qarabağlıya və Avdı Musayevə canlı efirə qatıldıqları və öz sənət nümunələrini tamaşaçılarla bölüşdükləri üçün minnətdarlığını ifadə edib, onlara yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

    Beləliklə, “5 gün”ün bugünkü buraxılışı saz, muğam, canlı ifa və poeziyanın bir araya gəldiyi sənət dolu efir kimi yadda qalıb.


    Aybəniz ABDULOVA,

    Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazar, araşdırmaçı jurnalist, "Mikayılla 5 gün" verilişin əməkdaşı

    Fotoqeyd: Sənət dolu efirdən sonra xoş bir təsadüf də yaşandı. Digər bir verilişdən çıxarkən tanınmış sənətçi Tərlan Novxanla görüşərək xatirə fotosu çəkdirdik. Sənətə, sənətkara və sənət adamlarına olan ehtiramımızı bu xoş görüşün bir xatirəsi kimi oxucularımızla bölüşürük.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ