Sizin reklam burada
Sizin reklam burada
  • "Avropa Şurasının ədalətsiz siyasəti bu quruma olan inamı sarsıdır”


    “Türk Dövlətləri Təşkilatının, müsəlman dini liderləri ilə görüşdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər faktlara söykənir və reallığı əks etdirir”.

    Bunu millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, Avropa Şurasının Azərbaycana qarşı ədalətsiz münasibəti tarixi reallıqdır və bu reallıq əsla unudula bilməz:

    “Avropa Parlamenti 30 illik işğal zamanı bir dəfə də olsa, Ermənistanı işğalçı dövlət kimi tanımadı. Bir milyon məcburi köçkünün hüquqlarının bərpası üçün heç bir addım atmadı. Problemlərini görməzdən gəldi. Bütün bunların kökündə, Avropa Parlamentinin öz dəyərlərindən uzaqlaşması, proseslərə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun deyil, qərəzli, selektiv yanaşması durur.

    Əfsuslar olsun ki, Avropa Parlamentində, eləcə də, Avropa Şurası Parlament Assambleyasında bir çox qərarların qəbulunda ikili standartlar, irqi, dini ayrı-seçkilik elementləri üstünlük təşkil edir. Hiss olunur ki, korrupsiyaya bulaşmış qanunsuz lobbi qruplarının təsiri həlledici gücə malikdir. Məhz, onun nəticəsidir ki, bu günki Avropada ksenofobiya, islamofobiya, dözümsüzlük əhval-ruhiyyəsi günü-gündən artır. İfrat sağçı qüvvələr cəmiyyətlərdə söz sahibinə çevrilirlər. Tarixi keçmişlərə istinad etsək, yaxın gələcəkdə bəşəriyyət ciddi təhlükələrlə üzləşə bilər.

    Qeyd olunanlarla yanaşı, nəzərə almaq lazımdır ki, Avropa İttifaqı, Avropa Komissiyası ilə əməkdaşlığımız yüksək səviyyədə qurulmuşdur. İttifaqın bir çox ölkələri ilə strateji müttəfiqlik barədə müqavilələr imzalanmışdır. Avropa İttifaqı Azərbaycanın xarici ticarətində birinci yerdədir. Avropa Parlamentinin, AŞ PA-nın ayrı-ayrı dövlətlərə qarşı apardığı ədalətsiz, selektiv yanaşma, təbii ki, həmin qurumlara qarşı inamı sarsıdır. Demokratiya, insan hüquqları kimi məsələlərdə fərqli baxışlar qəbuledilməzdir. Kimliyindən asılı olmayaraq, beynəlxalq hüququn prinsipləri əsas götürülməlidir. Yalnız belə olduğu halda, beynəlxalq təşkilatların nüfuzu arta bilər”.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ