Sizin reklam burada
Sizin reklam burada
  • Aprel döyüşləri şəhidi, XTQ in əfsanəvi döyüşçüsü Milli Qəhrəman Pəncəli Teymurovun anası Yeni Azərbaycan Partiyasına üzv olub

    Təqribən bir ay əvvəl Astarada olarkən qardaşım Həbib müəllimlə Milli Qəhrəman Pəncəli Teymurovun ailəsinə baş çəkməyə getmişdik. Söhbət əsnasında Vəhimə ana YAP Astara rayon təşkilatının sədrinə “ oğlum, məni mənim Prezidentimin partiyasına keçir” dediyini eşitdim. Həbib müəllim gözlərim üstə dedi və böyük məmnuniyyətlə bunu edəcəyik. Bugün artıq Vəhimə ana partiyanın üzvüdür və üzvlük vəsiqəsi ona təqdim olundu.

    P.S. Qeyd etmək yerinə düşər ki, Vahimə anayla yanaşı, bu gün 44 günlük Vətən müharibəsi şəhidi kapitan Şahnur Hüseynovun anası Hədiyyə Hüseynova və şəhid Cəfərzadə Tarifin anası Mehparə Rukiyeva da YAP Astara rayon təşkilatına üzv qəbul olunublar və bu gün Partiyanın sədri Həbib Cəfərov tərəfindən yüksək fəxarət hissi ilə üzvülük vəsiqəsi onlara da təqdim edilib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ