"Inclusive Smart Transport Platform" sosial yönümlü innovativ layihədir. Burada əsas məqsəd əlilliyi olan şəxslərin, yaşlı insanların və digər həssas əhali qruplarının ictimai nəqliyyatdan istifadəsini daha təhlükəsiz, rahat və əlçatan etməkdir. Yəni, platforma istifadəçiləri əlçatan marşrutları seçə, uyğun dayanacaqları müəyyənləşdirə , ictimai nəqliyyat haqqında faydalı məlumatları ala və ağıllı texnologiyalar vasitəsilə səyahətini planlaşdıra bilərlər.
Sevindirici haldır ki, gənc tələbənin layihəsi Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Enterprise Azerbaijan portalı tərəfindən həyata keçirilən beynəlxalq proqram çərçivəsində qiymətləndirilib. Seçilmiş layihələr növbəti mərhələdə dünyanın aparıcı mentorları və innovasiya ekosisteminin ekspertləri tərəfindən təlim və mentorluq dəstəyi alacaq, daha sonra isə TEI Forum 2026 çərçivəsində keçiriləcək “Demo Day” final mərhələsində investorlar və beynəlxalq tərəfdaşlar qarşısında təqdim olunacaq. Beynəlxalq mentorluq proqramlarında iştirak edəcək komanda məhsulun inkişafı, investorlarla əməkdaşlıq və qlobal bazara çıxış istiqamətində fəaliyyətini davam etdirəcək. Həmçinin onun bu möhtəşəm layihənin beynəlxalq səviyyədə tanınması Azərbaycan gənclərinin qlobal innovasiya ekosistemində rəqabət aparmaq potensialını üzə çıxardır.
Bəli, bu nailiyyət Azərbaycan gənclərinin innovasiya və sahibkarlıq sahəsində artan potensialının, eləcə də ölkəmizin beynəlxalq startap ekosistemində mövqeyinin möhkəmlənməsinin növbəti göstəricilərindən biridir. Arif Kərimlinin uğuru həm təhsil aldığı Azərbaycan Dövlət Dəniz Akademiyası, həm də doğulduğu Astara rayonu üçün qürurverici hadisə olmaqla yanaşı, gənclərə yeni hədəflər müəyyənləşdirmək və beynəlxalq arenada özlərini sınamaq üçün ilham verir.
Texnologiya və innovasiyaya böyük maraq göstərən gənc tələbə son illərdə proqramlaşdırma, süni intellekt və rəqəmsal həllər sahəsində müxtəlif layihələr üzərində çalışır.
Elmir Mədətoğlu, Astara rayonu, Zülfüqar Əhmədzadə adına Pensər kənd 2 saylı məktəb-liseyində praktik psixoloq
Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
