Bu barədə YAP Astara rayon Təşkilatının kollektivi özlərinin feysbuk səhifələrində paylaşım edib.:
"YAP Astara rayon təşkilatı olaraq Əlinur balanı bir daha təbrik edir və xoş arzularmızı bildiririk:
Əziz Əlinur!
Sən qəhrəman bir Atanın Vətənə əmanət etdiyi əziz övladsan. Sənin hər yeni yaşın bizim üçün həm qürur, həm də müqəddəs bir əmanətin böyüməsinin sevincidir. Atanın şərəfli adı, göstərdiyi igidlik və Vətən uğrunda canından keçərək yazdığı qəhrəmanlıq salnaməsi hər zaman sənin üçün ən böyük örnək olacaq.
Doğum günün mübarək olsun!
Arzu edirik ki, sağlam, xoşbəxt, savadlı və vətənpərvər bir gənc kimi böyüyəsən, ailənə, elinə və dövlətimizə layiqli övlad olasan. Uca Allah səni qorusun, ömrünü uzun, yolunu daim işıqlı etsin.
Şəhidimiz kapitan Şahnur Hüseynovun əziz xatirəsini dərin ehtiramla anır, ailəsinə səbir, Əlinura isə firavan və xoşbəxt ömür arzulayırıq.
Doğum günün mübarək olsun, Əlinur!"- Paylaşımda bildirilir.
Bəradər Səməndərli
"Atributinfo.az"
