Mədəniyyət Nazirliyindən bildiriblər ki, konsert proqramında Dövlət Filarmoniyasının solistləri, Rəqs Ansamblı, Türkiyənin Trabzon Böyükşəhər Bələdiyyəsinin Xalq rəqsləri ansamblı, eləcə də Qırğızıstanın “Seytek” Milli Uşaq və Gənclər Mərkəzinin “Ak-Niyyət” Xalq Xoreoqrafiya Ansamblı, qaqauz müğənnisi Natali Deniz çıxış ediblər.
Gecədə Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və milli rəqslərdən ibarət rəngarəng proqram Estrada ansamblının (bədii rəhbəri Şəhriyar Tağıyev) rəqs kollektivinin (baletmeysteri Sənan Cavadov) iştirakı ilə təqdim olunub.
Tədbirin sonunda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş direktorunun müavini Sait Yusuf tərəfindən festival iştirakçılarına və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.
