Astara rayonu, Alaşa kəndində şəhid anası ziyarət edilib
Cəmiyyət
Bugün, 20:12
63
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, aparat əməkdaşları, Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Turan Həsənzadə və Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini – Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Nihad Allahverdiyev bir neçə gün əvvəl cərrahiyyə əməliyyatı keçirən 44 günlük Vətən müharibəsi şəhidi Nəhmətov Vüsalın anası Ruhiyyə xanımı evində ziyarət edib, səhhəti ilə yaxından maraqlanıb və ona mənəvi dəstəklərini ifadə ediblər.
"Atributinfo.az" xəbər verir ki, görüş zamanı şəhid ailələrinin dövlətimizin və cəmiyyətimizin daim diqqət mərkəzində olduğu vurğulanıb, onların sosial rifahının yaxşılaşdırılması və problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Şəhid anasına tezliklə sağlamlığına qovuşması arzulanıb, hər zaman onun yanında olunduqları bildirilib. Şəhidin anası Ruhiyyə xanım və atası Üzeyir Nəhmətov göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edərək, şəhid ailələrinə göstərilən yüksək ehtiramın dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd ediblər.