Bu fikirləri Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov səsləndirib.
Akademik kitabda əsas diqqətin türk xalqlarının öz nümayəndələrinə - azərbaycanlılar, özbəklər, tatarlar, qazaxlar, qırğızlar, türkmənlər, Sibir və Şimali Qafqaz türkləri, çuvaşlar, yakutlar - verildiyini bildirib.
"Həmçinin bu xalqların bir-birinə münasibəti və maraq dairələri də üzə çıxarılıb. Yəni həm müzakirə olunan mövzulara, həm də hər bir xalqın özünə olan münasibət tamamilə aydınlaşdırılıb",- deyə Nizami Cəfərov diqqətə çatdırıb.
