Sərgiyə ölkəmizin müxtəlif guşələrindən 800-dən çox müraciət daxil olmuşdur və 600-ə yaxın əsər sərgilənmək üçün seçilmişdir.
Tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzidir.
Tədbirin dəstəkçilər isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti və Naxçıvan Rəssamlar Birliyidir.
Əsəri sərgilənən iştirakçıya sertifikat təqdim olunacaq.
Tədbirin gənc nəslin təbiətə baxışına xidmət edəcəyinə inanırıq!
