Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc “Rəqəmsallıq və sosial informasiyanın inkişaf dinamikası” mövzusunda keçirilən Respublika elmi konfransında söyləyib.
O bildirib ki, Cənubi Qafqazın üç ölkəsi - Azərbaycan, Ermənistan və Gürcüstan eyni coğrafiyada yerləşsələr də, süni intellekt sahəsində fərqli strategiyalar, müxtəlif sürət və ayrı siyasi seçimlər nümayiş etdirirlər.
Azərbaycan sistemli və hüquqi çərçivəyə əsaslanan yol seçib. 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının qəbul edilməsi onu göstərir ki, dövlət süni intellekti yalnız texnoloji trend olduğu üçün deyil, milli inkişaf aləti kimi dəyərləndirir. Ona görə də Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, müasir dünyada dövlətlərin gücü yalnız resurslarla deyil, texnologiya, innovasiya və bilik iqtisadiyyatı ilə müəyyən olunur.
