Sizin reklam burada
Sizin reklam burada
  • "Çeşmə" Ədəbi Məclisinin növbəti, 2026-cı il üçün isə ilk tədbiri keçirildi

    Yanvar ayının 31-də "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını daşıyan bir yerdə, onun ruhu gəzən məkanda keçirildi. Tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. O, tədbirdə iştirak edən qonaqları 2026-cı ilin ilk, yanvar görüşündə salamladıqdan sonra, vətənimizin azadlığı uğurunda canından keçən Vətən oğullarının ruhlarını məclis iştirakçıları ilə birlikdə bir dəqiqəlik sükutla yad elədi. Sonra qeyd elədi ki, artıq yeni il kimi qarşıladığımız 2026-cı ilin ilk ayı olan yanvar ayının sonuna gəlib çatmışıq. Ötən illərdə yaşadığımız acılı- şirinli günlərimizin uğurlarla əvəz olunmasını arzulayan Lilpar xanım bir şair kimi təzə il başlayandan bir neçə uğura imza atdığını qeyd elədi. O, Dədə Ələsgərin adını daşıyan bu möhtəşəm otaqda, ən yüksək ali mükafata, "Ələsgər" medalına layiq görüldüyünü tədbir iştirakçılarının nəzərinə çatdırdı. O vətənini sevən bir Azərbaycanlı şairə xanım kimi belə təltifə layiq görüldüyü üçün Dədə Ələsgər Ocağı İctimai Birliyiinin sədri Xətai Ələsgərliyə, İctimai Birliyin sədr müavini Rəşid Süleymanova, eləcə də idarə heyətinin hər bir üzvünə qiyabi şəkildə bir daha təşəkkürünü bildirdi və sözü AYB- nin Xəzər bölməsinin üzvü, tanınmış şair- qəzəlxan Əşrəf Pirşağılıya verdi. Ustad şair tədbir iştirakçılarına uğurlar arzulayaraq, belə ədəbi məclislərin ədəbiyyatımıza uğurlu töhfələr verəcəyindən danışdı, şeirlərindən, qəzəllərindən bir neçəsini səsləndirdi. Sonra söz Azərbaycan Yazıçılar Birliyininin üzvü, tanınmış bəstəkar, bir "Divan" müəllifi, ustad şair Hüseyn Sözlüyə verildi. Hüseyn Sözlü məclisə xeyir-duasını verdikdən sonra, belə məclislərin gənc şairlərin inkişafında xüsusi əhəmiyyət daşıyacağından danışdı, şeirlərindən və qəzəllərindən bir neçəsini səsləndirdi. Əslən, vətənimizin cənub bölgəsindən gələn ustad şair-qəzəlxan Əhməd Haqsevərə söz verildi. O da "Çeşmə"nin əhəmiyyətindən danışıb, şeirlərindən və qəzəllərindən bir neçəsini səsləndirdi. Sonra söz şairə Ziyafət Tovuzluya verildi. O da öz növbəsində "Çeşmə" Ədəbi Məslisinin gənclərin inkişafında, formalaşmasında çox böyük əhəmiyyət daşıyacağını qeyd edib, məclis rəhbərinə gələcək işlərində uğurlar arzuladı, tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirdi və sonda şeirlərindən bir neçəsini səsləndirdi. Daha sonra məclisdə ilk dəfə iştirak edən istedadlı şair Xəyyam Avşara söz verildi. Beləcə ardıcıl olaraq bütün şairlərə, gənc şair Murad Mahir, İldırım Əlişoğlu Qəhrəmanov, Fərman Borçalı, Fərhad Səngərli, Neftçaladan gəlmiş Gülnarə Zeynalovaya söz verildi. Bu şairlər də öz şeirlərindən, qəzəllərindən çox həvəslə səsləndirdilər. Məclisdə "Xarı Bülbül" jurnalının təsisçisi, yazıçı Camafər Əliyeva da iştirak elədi. Şairlərin səsləndirdiyi şeirlərdən sonra böyük təntənə ilə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı.
    Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə öz adından, eləcə də iştirakçılar adından təşəkkürünü bildirdi. Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.

    Camafər Əliyeva










    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ