Dəyərli həmvətənlər,
30 dekabr tanımış, ictimai-siyasi xadim, Şair puplisist, görkəmli ziyalı, haqq yolunun yolçusu, insanlara qayğı və kömək göstərməyi özünün mənəvi borcu hesab edən, Misgin Abdal, Ağdabanlı şair Qurban, Azərbaycanın Aşıq ozan sənətinin görkəmli nümayəndəsi, Dədə Şəmşir ocağının davamçısı dəyərli ağsaqqalımız Qənbər Şəmşir oğlu Qurbanovun anım günüdür.
Allah rəhmət eləsin.
Əziz həmvətənlər bele bir gündə Dədə Şəmşirin dəfin günü Qənbər müəllimin (ata-oğul münasibətilərinə yaxşı mənada örnək olan) yazmış olduğu şeiri xatırlamağı özümə borc bildim.
Mənə həyat bəxş eləyən
Sirlullahı itirmişəm.
Kəbəm bilib üz sürtdüyüm
Qibləgahı itirmişəm.
Kim nəsihət eylər mənə?!
Kim həqiqət söylər mənə?!
Zülmət oldu göylər mənə:
Nurlu mahı itirmişəm.
Xəyalıma qəm dolaşıq:
Zəhər içdim qaşıq-qaşıq.
Harda dünya, harda işıq?!
Mən sabahı itirmişəm.
Hər sözündən uc aldığım,
Kölgəsində ucaldığım,
Ömür-ömür borc aldığım
O pənahı itirmişəm!
Qoy var olsun, Qənbər, ellər:
O təsəlli verən dillər!
Sındı sazım, susdu tellər,
Doğru rahı itirmişəm.
Allah hər birinin ruhunu şad, məkanını cənnət eləsin. Amin.
Aqil Məmmədov
VI çağırış Milli Məclisin deputatı
