Qubada istedadlı xanəndə və tarzən Nisim Nisimovun 75 illik yubiley tədbiri keçirilib
Cəmiyyət
26-12-2025, 12:53
291
25 dekabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə birgə rayonun Qırmızı Qəsəbə sakini, uzun illər Qubanın ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edən, istedadlı xanəndə və tarzən Nisim Nisimovun 75 yaşının tamam olması münasibəti ilə Quba şəhərindəki “Nərgiz Plaza” şadlıq sarayında təşkil olunmuş tədbirdə iştirak etmiş, ona Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun səmimi salamlarını çatdırmış, yubileyi münasibətilə təbrik edərək fəxri fərman və hədiyyələr təqdim etmişdir.
"Atributinfo.az" xəbər verir ki, tədbirdə, həmçinin Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, həmçinin əməkdaşları, Qırmızı Qəsəbə sakinləri iştirak etmişdir.
Çıxış edənlər yubilyara öz təbrikini çatdırmış, tədbir musiqi nömrələri ilə davam etmişdir. Yubilyar çıxış edərək dövlətimiz tərəfindən mədəniyyət və incəsənətə göstərilən qayğıdan bəhs etmiş, dövlət başçısı cənab İlham Əliyevə öz təşəkkürünü bildirmişdir.