Türk Mədəniyyəti və İrsi Fondunun “Baku Tv” ilə birgə, Azərbaycan Yazıçılar Birliyinin iştirakı ilə həyata keçirdiyi “Türkoloji Qurultay-100” layihəsi 18 həftə davam etdi və bitməkdədir.
Layihə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın “Baku TV”yə, “Rəsmilər” proqramına geniş müsahibəsi ilə başladı.
Layihənin müəllfi Səlim Babullaoğlu "Baku TV"yə müsahibə verdi.
Layihə çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, xalq yazıçısı Anar, akademiklər Nizami Cəfərov və Teymur Kərimli, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, TÜRKSOY-un baş katibi Sultan Rayev, Türkiyə Yazıçılar Birliyinin sədri Musa Kazım Arıcan, Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalının rəhbəri, şair Adnan Özər, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru İmdad Avşar, Qazaxıstanın xalq şairi Oljas Süleymenov, Qazaxıstan Yazıçılar Birliyinin sədri Mereke Kulkenov, Özbəkistan Yazıçılar Birliyinin sədri və xalq şairi Siracəddin Səyyid, professor Suvon Meli, Qırğızıstan Yazıçılar Birliyinin sədri və xalq yazıçısı Kanıbek İmanəliyev, Türkmənistanın xalq artisti, konorejissor Xocaqulu Narliyev və Macarıstanın tanınmış ədibi, şair Attila Balaşın təbrik çarxları və fikirləri efirə verildi.
Gələn həftə türkoloji qurultayın tanınmış araşdırıcılarından biri və bu işin pioneri, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turanla bu marafon bitəcək.
Layihənin müəllifi kimi öz tərəfimdən Fondun prezidenti Aktotı Raimkulovaya, Baku TV-nin rəhbərliyinə, rejissor İman Məcidova, həmkarım Fərid Hüseynə təşəkkür edirəm.
Səlim Babullaoğlu
şair, esseist, tərcüməçi
