Aşıq Yaşar bütün varlığı ilə sənətinə bağlı idi. Kəlbəcər aşıq mühitini yaşatmaq, bu torpağın dərdini, həsrətini, gözəlliyini sazının səsi, sözünün dili ilə insanlara çatdırmaq onun ömür yoluna çevrilmişdi.
O, böyük Dədə Şəmşirin ruhunu özündə yaşadırdı. Sazı əlinə alan kimi ustadın nəfəsi duyulurdu. Sözündə onun hikməti, duruşunda onun məktəbi vardı. Yaşar təkcə bir aşıq deyildi o, Dədə Şəmşir ocağının davamçısı, ustad yolunun sədaqətli yolçusu idi.
Bu gün sazı susdu, amma sözü susmadı. Bu gün Yaşar aramızdan getdi, amma qoyduğu irs, söylədiyi havalar, yaşatdığı sənət bizimlə qaldı.
Ruhun şad olsun, Aşıq Yaşar. Allah sənə o dünyanı versin. Sazının səsi Kəlbəcərin dağlarında və cənnətdə əbədi səslənsin.
