Sizin reklam burada
Sizin reklam burada
  • Sağlamlıq imkanları məhdud şəxslərə növbəti səyyar xidmətlər göstərilib

    Azərbaycanın müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.

    Xidmətdən AZƏRTAC-a bildirilib ki, regional miqrasiya idarələri tərəfindən İsmayıllı, Ağsu, Naxçıvan, Şərur, Cəlilabad, Astara, Gəncə, Samux, Tərtər, Mingəçevir, Goranboy, Ağdaş, Xaçmaz, Şabran, Salyan və Neftçalada yaşayan sağlamlıq imkanları məhdud şəxslərə növbəti səyyar xidmətlər göstərilib. Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq həmin şəxslərə yaşadıqları ünvanlarda müvafiq yaşama üçün icazə vəsiqələri təqdim edilib.

    Həmçinin vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi və müvəqqəti yaşamaq üçün icazələrinin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ