Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisdə könüllü qanvermə aksiyası keçirilib

    Yanvarın 31-də Prezident İlham Əliyevin donorluğun və qan xidmətinin inkişafına dair imzaladığı sərəncamlara və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irsi qan xəstələrinə və təcili əməliyyata ehtiyacı olan insanlara kömək etmək üçün könüllü qanvermə aksiyalarının keçirilməsi barədə etdiyi çağırışa dəstək vermək məqsədilə Milli Məclisdə könüllü qanvermə aksiyası keçirilib.
    Milli Məclisin rəhbərliyi, deputatlar, Aparatın və İşlər idarəsinin əməkdaşları parlamentdə bu məqsədlə ayrılmış yerə gələrək lazımi müayinədən keçdikdən sonra növbə ilə qan veriblər.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyərlə əlaqələr şöbəsi


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ