Hörmətli Baysa müəlliməm,
Sizə ailənizlə birlikdə sağlam uzun ömür, xoşbəxt həyat, şərəfli və məsuliyyətli peşənizdə uğurlar arzulayaraq Sizi ad gününüz münasibəti ilə ürəkdən təbrik edirəm...

P.S: Mənə həyatın sirlərini, gələcəyin əhəmiyyətini, elm və hikməti öyrədərək, həyatda hər çətinliyə sinə gərməyi, həmişə mübarizə aparmağı və nə olursa-olsun təslim olmadan yaşamağı öyrətdiniz.
Zəhmətinizin əvəzini vermək mümkün deyil. Sizin varlığınız mənim üçün çox dəyərlidir.
Əziz Baysa müəlliməm,
Tələbənin sevgisini qazanmaq hər müəllimə nəsib olmur. Biz sizi çox sevirik, amma qiymətinizi daha çox sevirik.
Ad gününüz mübarək, sevimli müəlliməm!
Hörmət və xoş arzularla; Tələbəniz
Aybəniz ABDULOVA
AJB-nin üzvü, yazar, araşdırmaçı Jurnalist
