
Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı, MCP sədri Razi Nurullayev deyib. O, əlavə edib ki, İngilis dilində, azərbaycan dili subtitrləri ilə çəkilən film dünyada Nizami irsini bilən və öyrənən dünyaca məşhur simaları bir yerə gətirib.
"Həm də maraqlı bir faktı da öyrənmiş olduq. Sən demə İkinci Dünya Müharibəsi zamanı Leninqradın mühasirəsi zamanı Nizami Gəncəvi ilə bağlı Ermitajda yubiley tədbiri keçirilib. Bir yanda bomba partlayır, bir yanda da Nizami şeirinin və fəlsəfəsinin müharibələrə qarşı üsyanı...
Dəvət üçün təşəkkürlər"- Razi Nurullayev deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"

