“AZİZ” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının və İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan rejissoru Rüfət Əsədovla bu ölkənin bir neçə şəhərində görüş keçirilib, həmçinin rejissorun iki filmi nümayiş etdirilib.
Əvvəlcə Afula şəhərində Azərbaycanda etnik birgəyaşayış və tolerantlığa həsr olunmuş toplantı keçirilib, tədbirin ardınca isə R.Əsədovun “Peyğəmbər Yereminin göz yaşları” və “Məbədə gedən yol” filmləri nümayiş etdirilib.
Qeyd edək ki, birinci film Azərbaycandan olan və dünyanın müxtəlif ölkələrində yaşayan dağ yəhudilərinin Azərbaycana olan məhəbbətindən bəhs edir. İkinci ekran əsərində isə Azərbaycan dini tolerantlığın və birgəyaşayışın özünəməxsus məkanı kimi tərənnüm olunur.
Rejissorla növbəti görüş İsrailin paytaxtı Təl-Əviv şəhərində reallaşıb. Görüşdə Azərbaycan-İsrail dostluğunun əhəmiyyətindən bəhs olunub, Azərbaycanın multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdən olduğu vurğulanıb, ölkədə bütün xalqların və dinlərin nümayəndələrinin hüquqlarının yüksək səviyyədə təmin edildiyi diqqətə çatdırılıb.
Görüşdə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov, İsrail ictimaiyyətinin tanınmış nümayəndələri, elm xadimləri, sözügedən ölkədə fəaliyyət göstərən azərbaycanlı icmasının fəalları iştirak ediblər. Görüşdən sonra rejissorun yeni ekran əsəri olan “Ana duası” filminin təqdimatı keçirilib. Ekran əsəri Azərbaycan dağ yəhudilərinin ölkəmizin təbliği ilə bağlı İsraildə gördükləri əhəmiyyətli işlərə həsr olunub.
“Ana duası” filminin növbəti təqdimatı Yerusəlim meriyasının təşkilatçılığı ilə Yerusəlim rus kitabxanasında keçirilib. Tədbirdən sonra Yerusəlim merinin müşaviri Yelena Jarovskaya xalqlar dostluğunu təbliğ etdiyinə görə rejissora sözügedən şəhərin meri Moşe Lionun şəxsi təşəkkür məktubunu təqdim edib.