Sizin reklam burada
Sizin reklam burada
  • Səhiyyə Nazirliyinin 2 saylı Kliniki Psixiatriya Xəstəxanasında çağırışcılar yüksək peşəkarlıqla müayinə edilir

    Dünya düzəninin sürətlə dəyişdiyi bir vaxtda Azərbaycan hərbi-siyasi, diplomatik, eləcə də iqtisadi sahədə qazandığı yüksək uğurlarla planetimizin inkişaf etmiş ölkələri sirasında yetərincə reytinqə sahiblənmiş, söz sahibinə çevrilmişdir. Bunu 44 günluk Vətən Müharibəsində, ardınca 23 saatlıq lokal xarakterli savaşda Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Ordumuzun göstərdiyi hünər, uzun illərdən bəri işğal altında qalan torpaqlarımızın düsməndən təmizlənməsi, eləcə də ölkəmizdə bir-birinin ardınca keçirilən beynəlxalq tədbirlər, konfranslar, forumlar, eləcə də bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi COP 29 bir daha təsdiqləyir.
    "Biz birlikdə güclüyük" devizi altında ölkəmizin günü-gündən çiçəklənməsində, qüdrətlənməsində, hərtərəfli inkişafında heç şübhəsiz xalqımızın gücü, milli birliyimiz, həmrəyliyimiz müstəsna rola malikdir.
    Bu mənada ölkəmizdə əqli və fiziki cəhətdən sağlam ruhlu gənclərin yetişdirilməsində hər birimizin çiyinlərinə ciddi məsuliyyət yükü düşür. Xüsusən, ayrı-ayrı tibb müəlssisələri, səhiyyə-sağlamlıq ocaqları bu baxımdan əzmkarlıqlarını artırmalı, sağlam gəncliyin inkişafına öz töhfələrini verməlidirlər.
    Onu da etiraf etməliyik ki, bu gün qüdrətli Ordumuzun dayaqları fiziki və taktiki cəhətdən tam hazırlıqlı gənclərin, sağlam nəslin çiyinləri üzərindədir. Onların həqiqi hərbi xidmətə yola düslşməzdən öncə təcrübəli, ixtisaslı, vətənpərvər həkim müayinələrindən keçirilməsi isə son dərəcə labüddür. Məhz bu istiqamətdə səffaflıgın qorunmasına yönələn diqqət, nəzarət son dövrlər bir qədər də gücləndirilmiş, hərbi komissarlıqlarda baş verə biləcək neqativ hallar demək olar ki, aradan qaldırılmışdır.
    Azərbaycan Səhiyyə Nazirliyinin Bakı şəhərindəki 2 saylı Kliniki Psixiatriya Xəstəxanasinda bu baxımdan həqiqi hərbi xidmətə çağırılan gənclərin pxisoloji, psixatrik durumu ilə bağlı narahtlıq doğuran hallar yüksək ixtisaslı psixiatr həkimlər tərəfindən nəzarətə götürülür, doğru-düzgün müayinə olunur, zərurət yarandığı halda çağırışçılar stasionar qaydada müalicəyə cəlb olunur, sağlıq durumu qaydasında olanlar, psixoloji problemi olmayanlar həqiqi hərbi xidmətə yararlı hesab edilərək sənədləri aidiyyatı ünvanlara göndərilir.
    Bütün bunların əyani şahidi olmaq istəyənlər çağırışçılarla bağlı keçirilən həkim komissiyasını müsahidə edə bilər və komissiyanın sədri peşəkar psixiatr həkim İlqar Əfəndiyevin fəaliyyəti ilə yaxından tanış ola bilər. Ümumiyyətlə burada çalışan həkim kollektivinin fəaliyyəti son dərəcə ədalətli, vicdanlı, doğru-düzgün, vətənpərvərlik prinsiplərinə söykənir. Onlar çağırışçılarla olduqca səmimi, qaygıkeş, nəzakətli davranır, narahatlıq doğuran ruhi-əsəb problemləri ilə bağlı sorğu-sual aparır, səbəb və nəticəni doğru-düzgün araşdırır, əsas mahiyyətin nədən ibarət olduğunu müəyyənləşdirdikdən sonra ədalətli qərar çıxarırlar. Xəstəlik həqiqətən aşkar olunarsa yararsız yazılır, sağlıq durumu yerində olarsa, əqli pozuntu, ruhi-əsəb problemi olmadığı halda çağırışcıya sağlam diaqnozu qoyulur.
    Ötən gün sözu gedən xəstəxanaya yolum düşmüşkən, bu istiqamətdə bir araşdırma yazı hazırlamaq qərarına gəldim və öncə komissiyaya cəlb olunan xəstələrlə ayrı-ayrılıqda söhbətlər apardım. Hər biri bir ağızdan təşkil olunan komissiyanın işindan, həkimlərin peşəkar fəaliyyətindən, nəzakətli davranışından öz razılıqlarını bildirdilər. Qeyd etdilər ki, burada çağırışçılara heç bir ayrı-seçkilik qoyulmadan qayda-qanuna uyğun doğru-düzgün, eyni zamanda operativ qaydada yanaşılır, problemli xəstələr həqiqi hərbi xidmətə yararsız, sağlamlar isə yararlı hesab olunur.
    Belə olan halda başda komissiya sədri, Xəstəxananın baş həkimi İlqar Əfəndiyev başda olmaqla, komissiya üzvlərinə üzumü tutub demək istəyirəm: Hippokrat andına sadiq ağxalatlılar, Vətənin çörəyi sizə halal olsun!

    Bəradər Səməndərli
    "Atributinfo az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ