Sizin reklam burada
Sizin reklam burada
  • Gəncliyə salam! - Hörmət və ehtiram!

    Bu gün Gənclər günüdür, gənclərin günü, gənclik bayramıdır! Gənc dostlarımızı, eləcə də özünü gənc hiss edən hər kəsi təbrik edirəm!
    Bu Gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə hədiyyəsi, onlara inamının və qayğısının yadigarıdır. Yadigar olan hər şey əzizdir!
    1996 cı il fevrslın 2- də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin birinci Ümumrespublika Forumu keçirildi. Forumda Prezident Heydər Əliyevin çıxışı ölkəmizdə gənclər siyasətinin konseptual əsaslarını təşkil etmişdir. Daha sonra isə Ulu Öndərin Sərəncamı ilə 2 fevral Gənclər Günü olaraq təsis edildi.
    Onu da söyləmək yerinə düşər ki, Gənclər Günü Avropa ölkələrində və postsovet məkanında ilk dəfə məhz Azərbaycanda təsis edilmişdir!
    Bizim gəncliyimizin təsadüf etdiyi 80-ci illərdə və sonrakı 90- larda yarızarafat bir deyim var idi: Uşaqlar var, şərait yoxdur!
    Əslində uşaqlar həmişə olub, onları tam qane edən şərait isə heç zaman olmayıb. Həyat öyrədir ku, bu şəraiti özümüz özümüzə yaratmalıyıq. Tez- tez eşidirik ki, gəncliyə daha çox qayğı göstərilməlidir. Mənim fikrimcə daha çox qayğı uşaqlara göstərilməlidir və bu qayğı həm də onları böyük həyata hazırlamağa hədəflənməlidir. Gəncliyə isə meydan verilməlidir, daha böyük məqsədlərə çatmaq üçün daha böyük meydan! Torpaqlarımızın işğaldan azad edilməsi tarixi hədəflərimizdən biri idi. Bu hədəfi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gəncliyi fəth etdi! Dövlətimizin növbəti hədəfi isə, bərpa quruculuq, tərəqqi və böyüməkdir!
    Bu milli dövlətçilik tariximizin yeni mərhələsi olacaqdır və bu mərhələ 7 fevral 2024- cü il tarixdən başlayacaqdır. İnanıram ki, inkişafımızın lokomotivi olan Azərbaycan gəncliyi gənclərin ən yaxın dostu və lideri cənab İlham Əliyevin yanında olduğunu öz gur səsi ilə dünyaya bir daha bəyan edəcəkdir!
    Azərbaycan gəncliyi yaradıcıdır, enerjilidir, vətənpərvərdir, millidir, qəhrəman bir nəsildir! Biz gənclərimizə inanırıq, onlarla qürur duyuruq!
    Bayramınız mübarək, əziz gənclər!!!
    Uğurlarınız bol olsun!!!

    Musa Urud
    Milli Məclisin deputatı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ