Sizin reklam burada
Sizin reklam burada
  • Əlimuxtar Muxtarov Özbəkistanda Beynəlxalq Nizami Gəncəvi Elmi Tədqiqatlar Cəmiyyətinin icraçı katibi seçilib

    Nizami Gəncəvi Mərkəzinin direktoru, f.ü.f.d. Əlimuxtar Muxtarov Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi yanında təsis edilən "Beynəlxalq Nizami Gəncəvi Elmi-Tədqiqatlar Cəmiyyəti"nin icraçı katibi seçilib.
    "Atributinfo.az" xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, yaradılan Beynəlxalq Nizami Gəncəvi Elmi-Tədqiqatlar Cəmiyyətinin sədri vəzifəsinə tanınmış özbək alim, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarov, icraçı katib vəzifəsinə isə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov seçiliblər.
    Cəmiyyətin Azərbaycan, Özbəkistan, Türkiyə elm xadimləri, alimlərindən ibarət idarə heyəti formalaşdırılıb. 

    Bəradər,
    Zahir
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ