Sizin reklam burada
Sizin reklam burada
  • Füzulidən çıxanda cəmi 11 yaşım var idi

    "...Onda qaçqın olmaq nə demək olduğunu, evsiz olmağı, həyətimizdəki ağaclar olmadan yaşamağın mahiyyətini anlamırdım. Bu günə kimi onlarsız yaşaya bildim. Bir daha olanlar geri qayıtmayacaq. Heç nə əvvəlki kimi olmayacaq." Bu sözləri "atributinfo.az"-a açiqlamasinda Sabirabad Regional Mədəniyyət İdarəsinin müdiri Faiq Xudanlı demişdir. O, əlavə etmişdir ki, indi ən çox darıxdığım tut ağaclarımız və ördəklərimdir. Ördəklərimi çox istəyirdim. Hovuzumuzda onlarla çimirdim, elə bilirdim ördəklər ən yaxın dostlarımdır və heç vaxt onlardan ayrılmayacam.
    "Bu gün Füzuliyə ilk köç başlayır. Bilirsiniz ilk köç.! İnsan düşündükcə dəhşətə gəlir. Çoxları qarışıq hislər keçirir elə mənim kimi. İlahi nə qədər insan, nə qədər atamız, babamız, anamız, nənəmiz bu günü gələn ay, gələn il köçürük, qayıdırıq deyə-deyə, bu günü gözləyərək dünyadan köçdü. AĞRININ böyüklüyünü düşündükcə insan üşüyür.
    Tarixi hadisədir. Zamanın nə qədər keçməsində asılı olmayaraq, bütün zamanlarda indi baş verən hadisələrdən danışılacaq, yazılacaq. Tarixdən azdan çoxdan xəbəri olan biri kimi belə bir hadisənin tarixin hansısa dövründə baş verdiyini nə eşitmiş, nə də oxumuşam. Ki, bir xalqın məcburən, faciəvi şəkildə çıxarıldığı torpaqlara yenidən belə möhtəşəm qayıdış olsun. Tarixdə ikinci belə, oxşar mənzərəni görə bilmərik.
    Bu möhtəşəm TARİXİ yazan da, yaradan da UCA Allahın lütfü ilə cənab Ali Baş Komandanın əzmi, iradəsi, Vətən sevgisi şəhidlərimizin yenilməz ruhu, qazilərimizin rəşadəti, ordumuzun qüdrəti, xalqımızın birliyidir.
    Bütün bunların mərkəzində dayanan, bu reallığı yaradan Ümummilli lider Heydər Əliyev dühası, cənab Prezident İlham Əliyev şəxsiyyətidir."- Faiq Xudanlı demişdir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ