Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: "Bəyənmirsən, bir illik kurs təyin elə, oxusunlar, imtahan versinlər"

    "Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri olub və onlar lisenziya ilə fəaliyyət göstərib diplom verib. İndi o şəxslərin işə düzəlmək problemi var, çünki təhsil nazirliyi o diplomları təsdiq etmir.
    Deyirlər ki, qanunsuz işləyib, qanunsuz diplom verib və s. Necə olub bu? Onlar yerin altında fəaliyyət göstərib, yoxsa sehrli çubuqla özlərini görünməz edib? Onlar içərisində xeylisi var, o cümlədən Cənubi Rusiya Humanitar Institutu ki, Bakıda olub, sərhəd çıxıb-getməyə ehtiyac olmayıb." Bunu Milli Məclisin ötən gün-iyunun 14-də keçirilən növbədnkənar iclasında deputat Razi Nurullayev çıxışı zamanı deyid. O, bildirib ki, tələbələr 5 il oxuyub. İndi onların hamısı diplomunu təsdiq edə bilmir, kim işləyirsə, işdən çölə atılır, yaxud da iş yeirində hər il stres yaşayır ki, yenə yoxlayırlar. Bunların ürəyi xəstə düşdü ki. Bunlar məhv oldu ki:
    "O lisenziyanı kim verib? Dövlət. Diplomu kim verib? Dövlət. Kim şərait yaradıb? Dövlət. Əizlərim, niyə vətəndaşlara qarşı bu cür hərəkət edilir? Niyə günah vətəndaşın üzərində qalmalıdır? Bu məsələ mütləq həllini tapmalıdır və təhsil nazirliyinin yanaşması bu ölkədə böyük narazılıqlar yaradır. Onlar hər bir məsələdə vətəndaşı günahkar görür.
    Nəyə nail olmaq istəyirlər, bilmirəm. Həll yolunu onlar tapmalıdır, maneçilik etmək yox. Bəyənmirsən, bir illik kurs təyin elə, oxusunlar, imtahan versinlər.
    Kəsib atmağa nə var, faydalı iş odur ki, kömək edəsən, həll yolu tapasan. Nazirlər kabineti bu məsələni həll edərdi məncə, təhsil nazirliyi doğru yanaşma və təklif ortaya qoymur. Elə kəsmək, doğramaq, ancaq və ancaq vətəndaşı günahkar çıxarmaq. Mən parlamentdən kömək istəyirəm!"-Deputat demişdir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ