Sizin reklam burada
Sizin reklam burada
  • 9 iyun 1993-cü il: Heydər Əliyevin Bakıya qayıdışı ilə ölkəmiz və xalqımız böyük təhlükələrdən xilas oldu

    Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır.
    İlham ƏLİYEV
    Azərbaycan Respublikasının Prezidenti

    Ulu öndər Naxçıvandan Bakıya iyunun 9-da qayıtmışdır. Həmin gün, sözün həqiqi mənasında, xalqımızın taleyində dönüş anı başlanmış, böyük Qurtuluşa doğru mühüm addım atılmışdı. Məhz milli tariximizin həmin unudulmaz günü xalqı­mızın ümummilli lideri Heydər Əliyevin ölkə paytaxtına qayı­dışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv ol­maq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edilmişdir.

    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ