"Atributinfo.az" xəbər verir ki, şairə Esmira Günəş şəhid anasını bu özəl günündə tək qoymayaraq onun üçün sürpriz ad günü təbriki təşkil edib. Şairə Esmira Günəş Sumqayıt şəhər Yaşıldərə yaşayış massivi kitabxanasının əməkdaşları, Şəhid Rüfət Mustafayev adına "Buta" rəqs dərnəyinin şagirdi, MCP-nin üzvləri ilə birlikdə şəhid anasını ziyarət edib. Hər kəsə bir-bir zəng vuraraq məlumatlandıran şairə şəhidin abidəsi önündə görüş təşkil edib. Xanımlar abidənin önündə bir araya gələrək əvvəl abidəni ziyarət edib, daha sonra isə şəhidin evinə yola düşüblər. Əllərində gül dəstəsi ilə qəfil gələn qonaqlarını görən şəhid anası sevincindən göz yaşlarını saxlaya bilməyib.
Bu özəl gündə bir şəhid anasının könlünü xoş edən xanımlara eşq olsun.
Biz də saytımız adından şəhid anasını təbrik edirik. Şəhidimizin ruhu şad olsun.
Dilarə Zeynalova
"Atributinfo.az"
