Sizin reklam burada
Sizin reklam burada
  • Növbəti tədris ilindən yeni məktəbli forması məcburi olacaq?

    Atributinfo.az xəbər verir ki, yeni məktəbli formalarının ölkə üzrə tətbiqinə başlanılacaq.
    Bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı bu gün media nümayəndələri ilə keçirilən görüşdə deyib.
    "Məktəbli formasına keçidi məktəbin pedaqoji şurası müəyyən edir. Əgər qərar versələr ki, bu il yeni formaya keçirlər, qaydaya uyğun yeni məktəbli formasına keçməlidirlər. Lakin yeni məktəbli formasına keçmək istəməyən məktəblər də var. Yeni formadan imtina edən məktəbin şagirdləri könüllü şəkildə öz seçimlərinə uyğun geyinəcəklər.", - E.Əliyev bildirib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ