Sizin reklam burada
Sizin reklam burada
  • 150 minə yaxın 4-cü sinif şagirdinin monitorinqi aparılacaq

    Atributinfo.az xəbər verir ki, iyunun 10-da təxminən 150 min 4-cü sinif şagirdinin monitorinqi aparılacaq.
    Bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə bu gün keçirilən görüşdə deyib.
    “Məqsəd həmin uşaqların 4-cü sinfin sonunda oxuyub-anlamaya nə qədər qadir olduqlarını, nələri mənimsədiklərini ölçməkdir”,- deyə E.Əliyev əlavə edib.
    Şöbə müdiri bildirib ki, ötən il keçirilən monitorinqdə Azərbaycan dili bölməsi şagirdlərinin nəticəsi, rus bölməsinin şagirdlərindən yüksək olub:
    "Bu monitorinqlərin nəticəsinin şagirdlərin sinifdən-sinfə keçməsinə təsiri yoxdur", - Nazirlik rəsmisi qeyd edib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ