Sizin reklam burada
Sizin reklam burada
  • “Xalqa bağışlanmış ömür” adlı tədbir keçirilib

    Saatlı Rayon Mədəniyyət Mərkəzinin Məzrəli kənd klubunda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Xalqa bağışlanmış ömür” adlı tədbir keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, dərnək üzvlərinin və valideynlərin iştirakı ilə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ətrafında müzakirələr olub.
    Çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi diqqət və qayğıdan, dövlətimizin inkişafı naminə qəbul etdiyi qərarlardan danışıblar.
    Bədii qiraət dərnəyinin üzvlərinin ifasında dahi şəxsiyyətə həsr olunmuş şeirlər səsləndirilib.

    Ağagül Nərimanov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ