Rayon birinciliyinə hazırlıq məqsədilə görüş Saatlıda keçirilmişdir
Cəmiyyət / İdman
30-03-2023, 19:42
324
30 mart 2023-cü il tarixdə Saatlı Rayon Gənclər və İdman İdarəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarələrinin məsul əməkdaşlarının və rayon üzrə 28 tam orta məktəbin hərbi hazırlıq müəllimlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun yeni əsasnaməsi ilə tanış olmaq, məktəbdaxili və rayon birinciliyinə hazırlıq məqsədilə görüş keçirilmişdir. Görüş zamanı yeni əsasnamə ilə bağlı fikir mübadiləsi aparılaraq müəllimlərə maraqlı olan mövzular cavablandırılmışdır.