Sizin reklam burada
Sizin reklam burada
  • 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir olub

    Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində “1918-ci il soyqırımlarının tanıdılmasında Heydər Əliyev siyasəti” mövzusunda konfrans keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, tədbirdə müəllim və tələbə heyəti iştirak edib. Kollektiv əvvəlcə soyqırım hadisələrini özündə əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olub.
    Mərkəzin direktoru Gülşən Ömərova ümummilli lider Heydər Əliyevin 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımların ölkə hüdudlarından kənarda tanıdılmasında göstərdiyi misilsiz xidmətləri barədə məlumat verib.
    Toplantının sonunda sənədli film nümayiş olunub, tələbələrin sualları cavablandırılıb.

    İlhamə Məhəmmədqızı
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ