Müsabiqəyə Azərbaycan, Çin və rus dillərində yazılmış fərdi inşalar qəbul edilir. Çin dilində olan inşalar qiymətləndirilərkən dil biliyinin səviyyəsi də nəzərə alınacaq.
Müsabiqə iştirakçılarının işləri mayın 1-dək rafabba@yandex.ru elektron poçt ünvanına qəbul edilir. Müsabiqəsinin qalibləri üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqənin bütün iştirakçılarına sertifikatlar veriləcək.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, elan olunmuş müsabiqənin məqsədi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsində tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirməkdir.
