Bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Ümumdünya antimikrob preparatlardan düzgün istifadəyə dair maarifləndirmə həftəsinə həsr olunmuş dəyirmi masada deyib.
O bildirib ki, antibiotiklərdən istifadənin yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə artması təbiidir: "Çünki xəstələr antibiotiklərin onları müalicə edəcəyinə inanır. Lakin qeyd etmək lazımdır ki, koronavirus xəstələrinin çox az bir qismində antibiotik müalicəsinə ehtiyac yaranır. Hesab edirəm ki, antibiotiklərdən lazımsız istifadənin azaldılması üçün maarifləndirmə işlərinin davamlı aparılması vacibdir", - Y.Qarayeva deyib.
