Sizin reklam burada
Sizin reklam burada
  • İqtisad üzrə fəlsəfə doktoru İbrahimov Şahraz Müzəffər oğlu vəfat etdi

    İqtisad üzrə fəlsəfə doktoru İbrahimov Şahraz Müzəffər oğlu vəfat etdi Azərbaycan Kooperasiya Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının dosenti və AMEA-nın “İqtisadiyyat İnstitutunun aparıcı mütəxəssisi, iqtisad üzrə fəlsəfə doktoru İbrahimov Şahraz Müzəffər oğlu vəfat etmişdir.
    Ş.İbrahimov 29 may 1952-ci ildə Qərbi Azərbaycanın Vurğun kəndində anadan olmuşdur.
    1977-ci ildə Azərbayca Texniki Univrersitetinin “Mühəndis-texnoloq ixtisasını, 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “İqtisadçı” ixtisasını bitirmişdir.
    1992-ci ildə “Sahə iqtisadiyyatı” üzrə “Məhsulun keyfiyyətinin yüksəldilməsinin planlaşdırılması və onun istehsalının səmərəliliyinə təsiri” mövzusu üzrə dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
    2008-ci ildə Ali Attestasiyası Komissiyası tərəfindən dosent elmi dərəcəsinin diplomunu almışdır.
    1973-cü ildən istehsalatda müxtəlif vəzifələrdə, o cümlədən, 2003-cü ildən 2011-ci ilə qədər Sumqayıt Dövlət Universitetində müəllim və “Mühasibat uçotu və audit” kafedrasının müdiri vəzifəsində işləmişdir.
    2010-cu il tarixdən 19 mart 2020-ci il tarixinədək AKU-nun “Mühasibat ucotu və audit” kafedrasında dosent kimi fəaliyyət göstərmişdir.
    Azərbaycan Kooperasiya Universitetinin professor və müəllim heyəti Universitetin “Mühasibat uçotu və audit” kafedrasının dosenti, AMEA-nın İqtisadiyyat İnstitutunun aparıcı mütəxəssisi İbrahimov Şahraz Müzəffər oğlunun vəfatından kədərləndiklərini bildirir və əzizlərinə dərin hüznlə başsağlığı verirlər.
    Allah rəhmət eləsin!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ