Abidə Taksim səmtində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə İstanbul şəhər valiliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə dövlət xadiminin qətlə yetirildiyi ərazidə qoyulub.
Abidənin rəsmi açılış mərasimi dekabrın 18-də baş tutacaq.
Qeyd edək ki, B.Cavanşir 1921-ci il iyulun 18-də İstanbulda qaldığı “Pera Palas” hotelinin qarşısında "Daşnaksütyun” terror təşkilatının üzvü Misak Torlakyan tərəfindən qətlə yetirilib.
