Şimal yarımkürəsinin bütün ilıq bölgələrinin gilli, sərin və nəmli torpaqlarında yetişir. Sürətlə böyüyən və 20-25 metrəyə kimi uzanan cökə ağaclarının gövdələrinin diametri 1.5 m belə ola bilər. Əvvəlcə düz olan gövdə qabığı, ağac yaşlandıqca çatlayır. Üstü tünd yaşıl yarpaqları uzun saplı, ürək formasında və kənarları da düzdür.
Yarpağın boz və ya gümüş rəngindəki alt tərəfində qılcıqlar var. İyun-avqust ayları arasında açan sarımtıl rəngli xüsusi xoş ətirli çiçəklərinin 3-5-i bir yerdə, yarpaqların orta damarına bağlı və sarılı vəziyyətdə olur. Ağacın tək toxumlu meyvəsi minik, yuvarlaq və qurudur. Cökə ağacı toxumu, gövdə çəlikləri ilə və ya boy atan köklərinin ayrılıb əkilməsi ilə çoxaldılır.
Cökənin çiçək və yarpaqlarında qlükozit, tanen, yapışqan bitki mayesi və tərkibində farnesol olan uçucu yağ mövcuddur. Xüsusilə çiçək və yarpaqları tibbi təsirlərindən ötürü istifadə edilən cökə ağacının ağ, yumşaq və homogen taxtası heykəltəraşlıq və bənzəri işlərdə, gövdə qabıqları boyaçılıq və xələt istehsalında istifadə edilməkdədir.
Cökə çiçək və yarpaqlarının tibbi təsirlərini aşağıdakı kimi saymaq olar:
1. Sinəni yumşaldır.
2. Sinir sistemindəki gərginlikləri azaldır. Dincəldici, sakitləşdirici və yuxu gətiricidir.
3. Qadınlarda kritik günlərdə gərginlikləri yox edir və sancıları azaldır.
Bu təsirlərdən faydalanmaq üçün yay vaxtı, quru bir gündə yeni açmış cökə çiçəkləri yığılır. Bunların yanına bir miqdar yarpağı da qatılır və kölgədə qurudulur. Günəş dəyən çiçəklər ətir və təsirlərinin çoxunu itirir.
Qurudulmuş çiçək və yarpaq qarışığından 1 qaşıq alınır, üzərinə 1 stəkan qaynar su tökülərək 10 dəqiqə müddətlə dəmlənir. Bundan gündə üç dəfə bir stəkan içilir.
1. Bundan başqa, cökə tərlədicidir.
2. İdrarı sökücüdür.
3. Stimul artırıcıdır.
4. Bədəni gücləndiricidir.
Cökənin bu faydalarından da istifadə etmək üçün qarışıqda çiçək-yarpaq dozajı artırılır və 2-3 qaşıq tökülür. Eyni üsulla hazırlanan qarışıqdan gündə üç dəfə bir stəkan içilə bilər.
Qəzetimizin 22-28 iyun 2019-cu il tarixli sayında “Bakıda cökə ağacından ibarət analoqu olmayan park salındı” başlıqlı və “Bəli, bu park ilk dəfə olaraq 1 saylı Respublika Psiatriya Xəstəxanasında yaradıldı” yarımbaşlıqlı yazı dərc etmişdik. Bu heç də asan başa gəlməsə də, xəstəxana rəhbərliyi fədakarcasına bunu bacardı. Yazıda mübaliğəsiz olaraq sözügedən xəstəxanada, onun 25 hektarlıq həyətyanı sahəsində son 10 ildə yaradılan xarüqələrdən, bənzərsiz gözəlliklərdən, başqa sözlə təmir-bərpa işlərindən tutmuş salınan zəngin bağ-bağatadək qısaca söz açmışdıq. Eyni zamanda uzun müddətdir bu xəstəxanada həyata keçirilən yeniliklərdən, əldə olunan nailiyyətlərdən, habelə xəstələrin çöl həyatına hazırlanmasının son dərəcə müasir üsullarından, bunun üçün başlıca olaraq onların faydalı əməyə cəlb edilməsindən, çoxlu sayda, müxtəlif peşə üzrə yaradılan dərnəklərdən, kino-teatr sahələrində özlərini sınamaq imkanlarının yaradılmasından və digər neçə-neçə yeniliklərdən dönə-dönə söz açsaq da, həm azlıq edir, həm də buraların yaxın keçmişini və indiki vəziyyəti gözü ilə görənlər inanırıq ki, bizi qınamayacaq. Məqsədimiz heç də baş həkim Ağahəsən Rəsulovun fəaliyyətini şişirtmək, reklam eləmək deyil. Biz ötən illərin üfunət qoxuyan iyrənc mənzərəsinin, qamışlığın, kol-kosun, aylarla, illərlə yığılıb iylənən qurunt sularınun ağarsız, kölgəsiz xarabaxanaya bənzəyən həyətyanı sahəsinin, bu ərazidəki divarları, tavanı, uçuq-sökük köhnə korpusların respublikanın Əməkdar həkimi Ağahəsən Rəsulovun buraya təyinat aldıqdan sonra kökündən dəyişdirilərək cənnətməkana çevrildiyini gözlərimizdə gördüyümüz halda sanki vicdanımız qarşısında hesabat verərək əlimizə qələm alıb təbliğata, sözə yer ayırdıq.
Son 10 ildə, yəni A.Rəsulovun fəaliyyəti dövründə, əlbəttə gərgin əmək, qətiyyət, düzgün istiqamət, təcrübə, ən əsası isə işinə məhəbbət və məsuliyyətlə yanaşma hesabına sözün əsl mənasında cəhənnəm cənnətə çevrilmişdir. İndi buralarda necə deyərlər, gül-gülü çağırır, bülbül bülbülü. Xəstələr tam təmirli, müasir inventarlarla təchiz olunan yaraşıqlı korpuslarda yüksək müalicə, qayğı və diqqət altında vaxtlı-vaxtında kaloriyalı, ləziz yeməklərlə təmin edilərək özlərini çox rahat hiss edirlər, yuxarıda qeyd etdiyim kimi, bacarıq və təcrübələrinə uyğun dərnəklərə cəlb edilirlər. Hələ həyətyanı sahədə yaradılan 2 ədəd balıq hovuzunu demirəm. İçərisində müxtəlif növ balıqlar saxlanılan bu hovuzlardan günün müəyyən vaxtlarında xəstələrim gəlib qarmaq ataraq balıq tutmağı, bəziləri əlində çörək qırıntıları ilə gələrək balıqları yemləyərək onlara tamaşa etmələri ruha bir sakitlik gətirir, onlara təbii müalicə bəxş edir.
Nə isə… Mətləbdən uzaqlaşmayaq. Yazıya cökə ağaclarından başlamışdıq. Baş həkimin rəhbərliyi ilə salınan cökə parkı, artıq necə deyərlər, baş qaldırıb, alınıb. Ağaclar köklərini torpağa bərkitdikcə pöhrələri artıq, yarpaqları enlənir, nəticədə boyu uzanmağa başlayır.
Bu da cökə parkı. Bakıda, həqiqətən analoqu olmayan park.
Gəlin, görün, inanın!
Mövzu bununla bitmir. Növbəti saylarımızda daha ətraflı yazı hazırlamaq ümidi ilə, hələlik…
Bəradər
