Sizin reklam burada
Sizin reklam burada
  • “Nəsimi ili” nin izi ilə

    “Nəsimi ili” nin izi iləSəbaildə şairin 650 illik yubileyinə həsr olunan tədbir keçirildi

    Səbail rayonunda 2019-cu il “Nəsimi ili” çərçivəsində silsilə tədbirlər davam edir

    Ölkə Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamı ilə əlaqədar Səbail rayonunda 2019-cu il “Nəsimi ili” çərçivəsində silsilə tədbirlər davam edir.
    İyunun 20-də “Aktyor Evi”nin səhnəsində Yeni Azərbaycan Partiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirildi, tələbələr tərəfindən hazırlanan və ifa olunan “Ənəlhəqq” teatr tamaşası nümayiş olundu.
    Yeni Azərbaycan Partiyası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2000-ci illər üzrə birgə Fəaliyyət Planı” və 2019-cu il “Nəsimi ili” çərçivəsində keçirilən tədbir Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, Azərbaycan Respublikasının Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli Rasim Balayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov və digər qonaqlar, ictimaiyyət nümayəndələri, partiya fəalları, gənclər iştirak etdilər.
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi ilə
    “Nəsimi ili” nin izi iləTədbiri açıq elan edərək qonaqları salamlayan Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov sonra sözü YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyevə verdi. Natiq qeyd etdi ki, XIII-XIV əsrlərdə Azərbaycanın yerləşdiyi tarixi-coğrafi məkanda hərbi-siyasi təbəddülatlar bir-birini əvəz edir, insanların dini-fəlsəfi görüşlərində yeniliklər yaranır, eyni zamanda ədəbiyyat və incəsənət inkişaf edirdi. Azərbaycan torpağının Əbdülqadir Marağayi kimi musiqişünasları muğamın inkişafına töhfə verir, digər tərəfdən isə İmadəddin Nəsimi ana dilini ən yüksək ədəbi-bədii pilləyə qaldırırdı. Yaradıcılığındakı axıcılıq, metodik xüsusiyyətlər və muğam musiqisi ilə həmahənglik Nəsimi qəzəllərinin sürətlə yayılmasına, dillər əzbərinə çevrilməsinə səbəb olurdu. Bu yolla da sufi şairlər arasında xüsusi çəkiyə malik olan Nəsimi öz poeziyası ilə təmsil etdiyi hürufilik cərəyanının geniş yayılmasına təkan verdi.
    Professor Şəmsəddin Hacıyev daha sonra öz çıxışında diqqət çəkən bir məqama da toxundu. O, bildirdi ki, hələ ulu öndərin sağlığında və dahi şəxsiyyət Azərbaycana yenicə rəhbərlik etdiyi dövrdə, yəni 1973-cü ildə YUNESKO-nun qərarı ilə Nəsiminin anadan olmasının 600 illiyi beynəlxalq miqyasda qeyd olunmuşdu. O vaxt Azərbaycanda və Moskvada keçirilən yubiley təntənələrində dünyanın bir çox ölkələrindən gəlmiş nümayəndələr iştirak etmişdilər. Şübhəsiz ki, böyük Azərbaycan şairinin təbliğində ulu öndərin xüsusi əməyi olmuşdur.
    Nəsimi heç vaxt unudulmayıb və unudulmayacaq. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan edib. Bu, bir daha dövlət başçımızın elm, mədəniyyət, incəsənət və ədəbiyyatımıza verdiyi yüksək qiymətin, həmçinin diqqətin bariz nümunəsidir.
    Natiq daha sonra yada saldı ki, Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsimiyə bir sıra əsərlər həsr olunmuşdur. Bu sıraya unudulmaz şairimiz Qabilin “Nəsimi” poeması, İsa Hüseynovun “Məhşər” romanı, Mikayıl Abdullayevin “Nəsimi” portreti, Fikrət Əmirovun “Nəsimi dastanı” xoreoqrafik poeması, Cahangir Cahangirovun “Nəsimi” kantatası, Həsən Seyidbəylinin “Nəsimi” filmi və digərləri daxildir.
    Daha sonra tədbirdə çıxış edənlər – Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, Azərbaycan Respublikasının Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli Rasim Balayev böyük Azərbaycan şairinin yaradıcılıq məziyyətlərindən bəhs etdilər. Bir daha vurğulandı ki, Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ olmuşdur. Nəsiminin yaradıcılığı dilçilik, xüsusilə Azərbaycan dilinin tarixi inkişafını öyrənmək baxımından da müstəsna əhəmiyyətə malikdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ