Müsabiqədə 400-ə yaxın uşaq, 700-ə qədər əsəri iştirak etmişdir. Münsiflər heyətinin seçimi ilə 110 uşağın 120-yə qədər işi sərgilənəcək.
Sərgilənən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Müsabiqədə Bakı və Bakı ətrafı qəsəbələrdən, həmçinin, Masallı,Lənkəran,Sumqayıt, Quba, Qax,bölgələrin məktəbliləri, o cümlədən 1 Nömrəlı Uşaq Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyası, 2 Nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, 5 Nömrəli Uşaq İncəsənət Məktəbi, H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzi rəsm Kursu, Lənkəran şəhər Uşaq Rəssamlıq məktəbi, Masallı r. Onbirillik İncəsənət Məktəbi Rəssamlıq Şöbəsi, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, Zəngin Tədris Mərkəzi və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.
