Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Neftçi" komandası heyətinə yeni basketbolçu cəlb edib.
Klubdan bildirilib ki, kanadalı müdafiəçi Şakeyl Prays ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Boyu 1,88 metr olan basketbolçunun çıxış etdiyi son klub Niderlandın "Luvarden" komandası olub.
