Həyat və fəaliyyətinin bütün dövrlərində öz doğma xalqına və doğma torpağına tam varlığı ilə bağlı olan Heydər Əliyevin hakimiyyətdə olduğu müddətdə heç kəs Azərbaycan torpağının bir qarışını belə ələ keçirə bilməmişdi. Tarix boyu Azərbaycana qarşı torpaq iddiasında olan erməni millətçiləri Heydər Əliyev zəkası qarşısında mövzunun adını belə çəkməmışdilər. Lakin danılmaz faktdır ki, üzü Şah İsmayıldan bəri, o cümlədən, Sovet hakmiyyəti illərində Azərbaycanın başında duran bütün rəhbərlərin dövründə ərazilərimiz az və ya çox dərəcədə əldən verilib.
1988-1993-cü illərdə Heydər Əliyevsiz Azərbaycan daha dəhşətli itkilərə məruz qaldı. Düşmən üstümüzə ayaq aldı, torpaqlaımız işğal edildi. İnsanlarımız didərgin düşdü, soydaşlarımız həlak oldıı, ən dəhşətlisi isə o oldu ki, ölkədə özbaşınalıq yarandı. Silahlı qruplaşmalar ölkəni vətəndas müharibəsi həddinə gətirib çıxardı. Özbaşınalıq və xaos Azərbaycanın müstəqilliyini təhlükə altında qoydu. Vətəndaş müharibəsinin dəhşətli ocağı artıq közərmişdi. Öz müstəqilliyinə yenicə qovuşan Azərbaycan xalqının müqəddəratı xarici və daxili düşmənlərin nəzarətinə keçməyə basladı. Tarixin belə mürəkkəb məqamında xalq yenə də öz xilaskarını axtarıb tapdı. Onu - Heydər Əliyevi israrla hakimiyyətə tələb etdi. O, həmişə olduğu kimi xalqın çağırışına doğma münasibət bəslədi, Naxçıvandan Bakıya gəldi. Xalq öz sevimli rəhbərini, tarixin sınağından məğrur çıxmış xilaskarını böyük rəğbətlə qarşıladı, insanların gözlərindən axan sevinc yaşları tarixin yaddaş səhifələrinə hopdu. Heydər Əliyev ölkədə yaranmış gərgin, mürəkkəb durumu vətəndaş müharibəsi alovunu söndürmək vəzifəsinin öhbəsindən gəlmək üçün gecəli-gündüzlü məhsuldar fəaliyyətə başladı. Xalqın sel kimi coşub-daşan gücünü dağıdıcı qüvvələrin qarşısını almağa istiqamətləndirdi. Ölkə sanki ağır yükün gərginlik dolanbacından çıxdı. Ölkənin müstəqillik yükü, xalqın sabaha inamı Heydər Əliyevin Vətən sevgisinin odu ilə döyünən böyük ürəyində, nəbzində narahatlıqla vurdu. Tale yüklü problemin həlli çözümündə iki mühüm amil Heydər Əliyevin dəyanəti və əqidəsi ilə xalqın öz rəhbərinə inam və sonsuz məhəbbəti kimi mənəvi tellər xilaskarlıq nöqtəsində birləşdi. Heydər Əliyevin doğru siyasəti nəticəsində Azərbaycan tarixində mühüm hadisə 1994-cü il sentyabrın 20-də "Əsrin Müqaviləsi" imzalandı və Ermənistan-Azərbaycan müharibəsində "atəşkəs" əldə olundu. Elə bu vaxt Azərbaycanın müstəqililyinə qənim kəsilmiş qüvvələr yenidən hücuma keçdilər. Xalq isə öz prezidentini göz bəbəyi kimi qorudu. İki dəfə dövlət çevrilişinin qarşısı alındı, ölkənin mənəvi durumu düşmən meyilli qüvvələrdən xeyli təmizləndi. Müstəqil Azərbaycan öz xilaskarı ilə dövlət quruculuğuna inamla qədəm qoydu. Vətən və torpaq sevgisi ilə mayalanan əqidə mübarizəsi ilə saflaşan Heydər Əliyev ucalığı əbədi ucalıqdır. Heydər Əliyevin itkisi ümumdünya siyasətinə öz təsirini göstərən itkidir. Xalqımız onun Azərbaycan naminə gördüyü möhtəşəm işləri heç vaxt unutmayacaqdır. Bir sözlə "Xalq - Heydər, Heydər - xalq” birliyi əbədi olaraq qalacaqdır.
Bu gün xalqımız ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü böyük şərəf və təntənə ilə qeyd eməyə hazırlaşır. Əlbəttə, dahilər hər zaman xalqın tarixi yaddaşında silinməz izlər buraxırlar. Bu mənada, Heydər Əliyev şəxsiyyəti xalq və dövlət birliyinin təkrarsızlığını öz əhatə dairəsində əbədiləşdirə bilmişdir. Bu doğum günündə dünyanın ən nüfuzlu şəxsinə - böyük düha Heydər Əliyevin ruhuna səmimi ehtiramımızı bildirir, onun apardığı siyasətin həmişə uğur verəcəyinə qəlbən inanırıq.
