Sizin reklam burada
Sizin reklam burada
  • FİLDƏN GÜCLÜ İMİŞ ƏL BOYDA ÜRƏK


    FİLDƏN GÜCLÜ İMİŞ ƏL BOYDA ÜRƏK
    Vahid Əziz - 80

    Professor Vidadi Orucov Xalq şairi Vahid Əzizdən yazır:

    Fildən güclü imiş əl boyda ürək,
    Yaşatdı insanı – dərdləri çəkərək.
    A çiçək, neynəsin xallı kəpənək,
    Görkəmin məni də bihuş elədi…

    Vahid Əziz burada maddi və mənəvi gücü poetik qarşıdurmaya çəkir. “Fil” qüdrətin, ağırlığın simvoludursa, “əl boyda ürək” kiçik görünməsinə baxmayaraq, bəşəriyyətin ən ağır yükünü – sevgini, sədaqəti, ağrını daşıyır. Burada güc ölçüsü cismin ölçüsünə görə yox, ruhun daşıdığı mənaya görə müəyyən olunur.
    Kəpənək çiçəyin gözəlliyindən bihuş olur, insan isə həmin gözəlliyə ürəyini fəda edir. Bu, sadəcə vurulmaq deyil, öz varlığını gözəlliyə, ağrıya və ümidə bağlamaqdır.
    O gözəllik qarşısında aciz qalan yalnız kəpənək deyil – insan da ağrısını, ümidini, hətta gücünü həmin gözəlliyin ayağına qoyur. Ən zəif görünən ürək bəzən fil boyda yükə sinə gərir – çünki ağrıyla yaşamaq, sevməklə dözmək, gözəlliyə bağlanmaq və ayrılıqla yanmaq yalnız ona xasdır.
    "Fildən güclü imiş əl boyda ürək” – təkcə poetik bənzətmə deyil, həm də duyğunun fiziki gücdən üstünlüyünü göstərən Vahid Əzizin fəlsəfi manifestdir.



    Vidadi Orucov
    Pedaqogika elmləri doktoru, professor

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ