Sizin reklam burada
Sizin reklam burada
  • Daha bir üzücü xəbər...

    Tanınmış jurnalist Şahin Ənvər oğlu Babayev vəfat edib.
    "Atributinfo.az" xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.
    Azərbaycan Jurnalistlər birliyinin sədr müavini Şahin Ənvər oğlu Babayev. 1964 cü il təvəllüdlü Ş.Babayev bu gün 61 yaşında ürək tutmasından dünyasını dəyişib. Tanıdığım jurnalist dostlar içərisində Şahin Babayev son dərəcə təmkinli, gözü tox, zəngin mənəvi keyfiyyətə malik ziyalı, kübar insan idi. Dünyamızın bulanıq vaxtında bu cür nümunəvi ziyalılara cəmiyyətin böyük ehtiyacı var. Təəssüf...Çox üzücü xəbər oldu bu.
    Qeyd edək ki, 12 noyabr, yəni sabah saat 13-00-da "Heydər" məscidində vida mərasimi olacaq. Mərhum "Qurd Qapısı" qəbiristanlığında dəfn olunacaq.
    Allah rəhmət eləsin!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ