Sizin reklam burada
Sizin reklam burada
  • MƏMMƏD İSMAYIL elə böyük şəxsiyyət olub ki...

    Doğruya doğru, düzə düz deyən, oxucu qəlbində yer tutmuş, Ədəbiyyatda, mədəniyyətdə bir çox xidmətləri olmuş, nəyinki Türk dünyasında, dünyada geniş şəkildə oxucu auditoriyası qazanan şair-nasir MƏMMƏD İSMAYIL haqqında yazmaq mənim heç ağlımın ucundan keçmirdi. Düzü buna cəsarət belə etmirdim. Amma görkəmli şair dünyasını dəyişəndən sonra onun dəfn mərasimini izləyərkən isə hisslərimə hakim ola bilmədim. Mənim daxili aləmimi acı kədər bürüdü. Çünki xalq dəyərli, hörmətli, ədəbiyyata lazımlı şair oğlunu itirmişdi.Acı duyğuların əsarəti altında, ruhumun hökmü ilə qələmim yaz dedi...
    Məmməd İsmayıl haqqında çox danışmaq olar, 50-dən çox xarici dillərdə əsərlərinin çap olunması və yayımlanması, Fransa elm, sənət və ədəbiyyat akademiyasının, Ukrayna ali təhsil akademiyasının üzvü olması göstərir ki, o, sözün həqiqi mənasında böyük şair olaraq, onun böyük yolu və xidmətləri olmuşdur.
    2018-ci ildə əsərləri Nobel mükafatına layiq görülmüşdür.
    MƏMMƏD İSMAYIL elə böyük şəxsiyyət olub ki, onun gördüyü işlərini və uğurlarını yazmağa düşünürəm ki, günlər lazım olar...
    Yenicə nəşr olunmuş və bu gün Atatürk mərkəzində keçirilən anım mərasimində, BİR MƏMMƏD İSMAYIL DÜNYADAN SƏFƏR ETDİ kitabında, Azərbaycanın bir çox dəyərli və hörmətli ziyalılarının, jurnalistlərin, millət vəkillərinin, elm adamlarının, şair və yazıçıların, eləcə də onunla çiyin-çiyinə AZTV çalışmış redaktorların yazı və məqalələrinin yer alması ilə yanaşı mənim də QƏLƏMİ SEÇDİ sözlərimə kitabda yer verdiyinə görə, kitabın redaktoru, hörmətli şair Ehtiram İlhama sonsuz təşəkkür edirəm.
    RUHU ŞAD OLSUN.

    Hicran Əhmədli
    Sair-publisist


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ