TƏBRİKLƏR, UĞURLAR...Şərafəddin İlkin – 60
Sözün sehri, poeziyanın nəfəsi ilə könüllərə yol tapmış dəyərli şair, səmimi insan Şərafəddin İlkini 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.
Onun yaradıcılığı həyatın, təbiətin və insan qəlbinin poetik mənzərəsidir. Şərafəddin müəllimin söz dünyası sadəliyi ilə dərin, duyğusu ilə təsirli, mənası ilə isə öyüdvericidir. O, ədəbiyyatımızda həm bədii ustalığı, həm də insani təvazökarlığı ilə seçilən qələm sahiblərindəndir.
Bu yubiley təkcə bir ömrün deyil, həm də poeziyada səmimiyyətin, dostluğun və fədakarlığın təntənəsidir.
“Payızda doğulmuşam,
Bənzəyirəm payıza...”
Dəyərli Şərafəddin müəllim, siz bütün fəsillərdə təzə-tərsiniz — ilhamınız kimi ömrünüz də daim bahar təravətli olsun.
Sizə möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları və ruhunuzun poeziya işığı ilə daim nurlanmasını arzulayıram.
Hörmətlə,
Orucov Vidadi Ömər oğlu
Pedaqogika üzrə elmlər doktoru
