Sizin reklam burada
Sizin reklam burada
  • Bu, yalnız bir təqvim tarixi deyil, bir dönüm nöqtəsidir

    Hər bir xalqın taleyində elə günlər olur ki, onlar tarixə qızıl hərflərlə yazılır. Azərbaycan xalqının da taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi 15 İyun - Milli Qurtuluş Günüdür.
    Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir...

    1990-cı illərin əvvəlləri Azərbaycanın dövlətçilik tarixində həm siyasi, həm sosial, həm də mənəvi baxımdan ən çətin, ən ziddiyyətli dövrlərdən biri idi. SSRİ-nin dağılması ilə müstəqilliyini bərpa edən Azərbaycan, təəssüf ki, ilk illərdə bu azadlığın içini dövlətçilik məzmunu ilə doldura bilmədi. İdarəetmədə səriştəsizlik, daxili siyasi çəkişmələr, bölgələrdə separatçılıq meylləri, Ermənistanın təcavüzü və Xocalı soyqırımı kimi ağrılı hadisələr xalqı ümidsizliyə, dövləti isə parçalanmağa sürükləyirdi. Belə bir şəraitdə Azərbaycan xalqının xilası artıq yalnız bir şəxsə – Heydər Əliyevə bağlı idi. Və o, tarixi missiyanı üzərinə götürərək, yenidən xalqın çağırışı ilə siyasi hakimiyyətə qayıtdı...
    1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkədə siyasi xaosa son qoyulmağa başlandı. Bu tarix sonrakı onilliklərdə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirmək üçün bünövrə rolunu oynadı. Bu gün Milli Qurtuluş Günü olaraq qeyd olunan 15 İyun, əslində Azərbaycanın öz taleyini öz əllərinə götürmək iqtidarında olduğunu göstərən siyasi manifestdir.

    Hüseynbala Mirələmov
    Yazıçı-dramaturq

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ