Sizin reklam burada
Sizin reklam burada
  • Cümşüd Əli Nur


    Cümşüd Əli Nur

    Vətən

    Deyirəm ilahi qüvvəm olaydı,
    Qəlblərdə ədalət yerləşdirəydim.
    Sərhəd dayaqların atıb bir yana,
    Vətən torpağını birləşdirəydim.

    Bir anlıq qızılı payıza dönüb,
    Dərdləri yarpaqtək sovuşduraydım.
    Təzədən xəritə tərtib eyləyib,
    Cənubla,şimalı qovuşduraydım.

    Dünyada ən məşhur mühəndis olub,
    Arazın üstündə körpü salaydım.
    Həsrət pöhrələrin kəsib, doğrayıb,
    Vüsal budaqların kaş calayaydım.

    Mənimçün hər şeydən əzizsən Vətən,
    Tək sənsən dünyada dövlətim,varım.
    Deyirəm gün gələ əhdimə yetəm,
    Həyata keçəydi bu arzularım.

    Arazla qorxusuz üzərdi gəmim,
    Qəlblərdə ədalət yerləşdirsəydim!
    Olmazdı möhnətim, olmazdı qəmim,
    Vətəni-Vətənə birləşdirsəydim!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ