Sizin reklam burada
Sizin reklam burada
  • Oruc Dadaşi Elman - GÖZƏLDİR

    Oruc Dadaşi Elman - GÖZƏLDİR
    Oruc Dadaşi Elman,
    Cənubi Azərbaycan

    GÖZƏLDİR

    Bir gözəlin, gözlərindən nə yazım
    Ay, günəş dək, baxması da gözəldir
    Könlümdə gül açan, çiçəkli yazım
    Kəklik kimi qalxması da gözəldir

    Qoynu cənnət, tər çiçəyin fəslidir
    Bənövşənin, qızılgülün əslidir
    Durna boğaz bir saz kimi səslidir
    Bulaqlar dək axması da gözəldir

    Könül sevən, gözəlliyin özüdür
    Talehə bax, eşqin yanar közüdür
    Məni candan, edən xumar gözüdür
    İldırım dək çaxması da gözəldir

    Qoynun görən gözlər, göz əldən verər
    Varlğını ona göz, əldən verər
    Allah payın versə, gözəldən verər
    Esqin cana yaxması da gözəldir

    Məhəbbətin, cana gözdən yağdırır
    Yandıranda, odun közdən yağdırır
    Elman dərdin, şirin sözdən yağdırır
    Oxlarının taxması da gözəldir

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ