Telman Nəzərli
Gürcüstan, Qarayazı, Nəzərli kəndi
KÖÇ
(Qardaşım İlqar Həkimə )

Anasız açılan səhər
Açılmaz ,başına dönüm!
Bu ağrının kəməndindən
Qaçılmaz, başına dönüm !
Çəkil bir xəlvətə ağla
Hamıdan da ötə ağla ...
Təkə ağla , cütə ağla...
Heç olmur ,başına dönüm !
Daha unut günü ,ayı ,
Analı sovqatı , payı...
Heç zaman sevənin sayı
Üç olmur,başına dönüm !
Kim gələr cığırdan , izdən
Kim doyar beş arşın bezdən...
Ağlayanda it də bizdən
Seçilmir , başına dönüm !
İnnən belə fağır- fağır
Ana deyibən ha çağır...
Bu dünyada bundan ağır,
Köç olmur, başına dönüm
Gürcüstan, Qarayazı, Nəzərli kəndi
KÖÇ
(Qardaşım İlqar Həkimə )
Anasız açılan səhər
Açılmaz ,başına dönüm!
Bu ağrının kəməndindən
Qaçılmaz, başına dönüm !
Çəkil bir xəlvətə ağla
Hamıdan da ötə ağla ...
Təkə ağla , cütə ağla...
Heç olmur ,başına dönüm !
Daha unut günü ,ayı ,
Analı sovqatı , payı...
Heç zaman sevənin sayı
Üç olmur,başına dönüm !
Kim gələr cığırdan , izdən
Kim doyar beş arşın bezdən...
Ağlayanda it də bizdən
Seçilmir , başına dönüm !
İnnən belə fağır- fağır
Ana deyibən ha çağır...
Bu dünyada bundan ağır,
Köç olmur, başına dönüm
